Fransalı nazir təcavüzdə ittiham olunur

13 Fevral 2018 11:58 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Paris prokurorluğu Darmanin haqqında yanvarın 22-də araşdırmaya başlayıb. Araşdırma bir qadının 2009-cu ildə nazir tərəfindən təcavüzə uğramasını bildirəndən sonra başlayıb. Qadının keçən ay prokurorluğa getdiyi, Darmaninin isə bu iddianın iftira olduğunu əsas gətirib şikayət etdiyi bildirilib.

Belə iddialar Fransada yeni deyil. Belə ki bir neçə gün öncə ekologiya naziri Nikolas Hulot da təcavüz etməkdə ittiham olunub.