Bill Qeyts 732 milyon dollar cərimələndi

6 Mart 2013 17:17 (UTC+04:00)


Lent.az-ın verdiyi məlumata görə, Avropa Birliyinin Komissiyası "Microsoft" 2009-cu ildə imzaladığı anti-inhisar razılaşmasını pozmaqda günahlandırıb və şirkəti 732 milyon dollar cərimələyib.

"Microsoft" ilə Avropa Birliyi arasında 2009-cu ildə imzalanan razılaşmaya əsasən şirkət "Windows" proqram sistemindəki "Internet Explorer" də daxil olmaqla, digər internet brauzerlərinin də olduğu bir siyahı təqdim etməyi üzərinə götürüb. Bu halda istifadəçilər "Internet Explorer" brauzerindən istifadə etmək məcburiyyətində qalmayaraq "Chrome", "Firefox", "Opera" kimi fərqli brauzerlərdən də birini seçə biləcəkdilər. Ancaq 2011-ci ilin may ayıdan 2012-ci ilin iyun ayına qədərki dövrdə "Microsoft"un "Windows 7" proqram sistemində "Internet Explorer" xaric, heç bir brauzerdən istifadəyə şərait yaratmaması Avropa Birliyi Komissiyasının sərt qərar verməsinə səbəb olub.

Qeyd edək ki, "Microsoft" "Windows 7" yüklənmiş kompüterlərin bir qisminin bu siyahını ekranda əks etdirmədiyini, bu problemin proqram yazılışından qaynaqlandığını bəyan edib. Ancaq Avropa Birliyinin Komissiyası bu arqumenti əsaslı saymayıb.

AzNews.az