Ova çıxan kişinin özü ovlandı

13 Fevral 2018 17:15 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Cənubi Afrikada Kruger beynəlxalq parkında qaçaq yolla pələng ovlamaq istəyən kişini aslanlar yeyib.

Yerli polisin açıqlamasına görə, adamdan geriyə yalnız baş və bir neçə hissə qalıb. Hələ ki həmin kişinin kimliyi bəlli deyil. Verilən məlumata görə, kişinin öldürüldüyü yerdə bir tüfəng tapılıb.

Bu bölgədə son illər aslan ovunda artım qeydə alınıb. Aslanların bədən üzvlərindən "dərman" hazırlamaqda istifadə edirlər.