Poroşenko məndən qorxur - Saakaşvili

13 Fevral 2018 18:01 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Saakaşvili bildirib ki, saxta iddialarla ona Ukraynada yaşamağa icazə verilməyib.

"Poroşenko məndən çox qorxur. Mənim ordum və silahım olmasa da o məni aradan qaldırmaq istəyir", deyə Saakaşvili açıqlayıb.

Hal-hazırda Polşaya gedən Saakaşvilinin Varşavada olmasını sərhəd xidmətindən də təsdiqləyiblər.