İkimərtəbəli ev külə döndü

6 Mart 2013 18:24 (UTC+04:00)
Qazax rayonunda ev yanıb. AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus hər mərtəbəsi 208 kv.m olan ikimərtəbəli 10 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində (tavanın konstruksiyaları spirtli kartondan ibarət olub) 5 otağın yanar konstruksiyaları 160 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 208 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.