Gəncədə 11-ci sinif şagirdini qətlə yetirən şəxs saxlanılıb

13 Fevral 2018 20:13 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhər sakini, 2001-ci il təvəllüdlü Bağırov Elnur Həsən oğlunu onun həmyaşıdı, 2001-ci il təvəllüdlü Tağıyev Tural İsmayıl oğlu qətlə yetirib.

Cinayəti törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.