AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.
O, bu məqsədlə AMEA-nın elmi bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar da verib.
A.Əlizadə çıxış edərək, Akademiyanın elm və təhsilin inteqrasiyası istiqamətində aktiv çalışdığını və bunun göstəricisi olaraq, AMEA-nın institutlarında müxtəlif universitetlərin 16 baza kafedrasının fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, hazırda Akademiyanın elmi müəssisələrində təşkil olunan təcrübə mərkəzlərində ali təhsil müəssisələrinin tələbələri yüksək səviyyədə praktiki biliklər əldə edirlər. AMEA prezidenti gələcəkdə elmi müəssisələrdə baza kafedralarının sayının artırılması və onların fəaliyyətinə dair normativ hüquqi bazanın yaradılması barədə tapşırıq verib.
AMEA rəhbəri ötən il yüksək elmi nailiyyətlər əldə etmiş bir qrup alimə “AMEA-nın professoru” elmi adının verildiyini söyləyib.