Bakıda evə basqın - 10 min manatlıq qızıl apardılar

14 Fevral 2018 10:30 (UTC+04:00)

APA-nın məlumatına görə, Yasamal rayonu, Bünyadzadə küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Reyhan Novruzovanın evinə daxil olan naməlum şəxslər qadını bıçaqla hədələyərək pul tələb ediblər. Naməlum şəxslər R. Novruzovaya xəsarət yetirərək 10 min manatlıq qızıl-zinət əşyaları götürərək evi tərk ediblər.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

AzNews.az