Sığın helikopteri qəzaya uğratdı

14 Fevral 2018 10:54 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, helikopterdə iki nəfər olub.

Onlar sığın tutmaq istəyiblər. Təxminən üç metr yüksəklikdə olarkən onlardan biri sığını vurub.

Lakin bu, heyvanı dayandırmayıb. Sığın helikopterin sükan olan hissəsini zədələyib. Beləliklə, helikopter qəzaya uğrayıb.

Helikopterin içindəkilər sağ qalsa da sığın ölüb.