AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 2 il yarım bundan əvvəl ailəsini müalicə etdirmək üçün Türkiyəyə gələn Əfqan Rəhmətinin iki oğlu böyrək xəstəsidir. Rəhmətinin həyat yoldaşı da böyrək çatışmazlığından əziyyət çəkir. Hər iki oğlunun böyrəyə ehtiyacı olduğunu görən ata onlardan yalnız birinə kömək etmək iqtidarındadır. Onun sözlərinə görə, həkimlər icazə versəydilər, hər iki böyrəyini bağışlayardı. Lakin bu mümkün deyil. Xəstə ana isə ona böyrək köçürülməsini istəmir, çünki oğullarının yaşamasını istəyir. Evin bütün yükü isə ailənin böyük oğlunun üstünə düşüb.
Çarəsiz ailə yardımsevər insanlardan kömək gözləyir.