Amerika Suriyada 40 Rusiya əsgərini öldürdü

14 Fevral 2018 12:13 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, həmin hücumda ölənlər arasında Rusiyanın 40 muzdlu əsgərinin olduğu da ortaya çıxıb.

Əsəd rejiminə bağlı olan 100 nəfərlik silahlı dəstə Deyrizorda PYD-nin nəzarəti altında olan neft sahələrinə hücum etmişdi. Bu gün ortaya çıxan sübutlar onu göstərir ki, o dəstənin içində rus əsgərləri də olub.

ABŞ hava hücumu ilə YPG hərbçilərini qurtararkən 40 nəfər rus əsgəri öldürüb.