Bakıda 2 nəfər bıçaqlandı

14 Fevral 2018 13:27 (UTC+04:00)

“Ölkə.Az”ın xəbərinə görə, ötən axşam Şamo Nəsirov və Anar Əliyev adlı şəxslər bədənin kəsilmiş-deşilmiş yaraları xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına gətirliblər. Cərrahiyə əməliyyatı olunan şəxslər reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Xəstəxanadan polisə məlumat verildikdən sonra 1-ci Polis Bölməsinin əməliyyatçıları zərərçəkmişləri dindiriblər. Məlum olub ki, hər iki şəxs eyni adam tərəfindən bıçaqlanıb, ancaq zərərçəkmişlər həmin şəxsi tanımadıqlarını bildiriblər. Hazırda 2 nəfəri vurub qaçan şəxsin axtarışlarına başlanılıb.

AzNews.az