AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt Təl-Əvivdəki bir konfransda etdiyi çıxışda Netanyahu "Nazirlər, deputatlar, liderlər, sizə səslənirəm. Bizlər İsrail dövlətinin mənfəəti üçün çalışırıq və sizi əmin edirəm ki, koalisiya sabitdir", deyə bildirib.
İsrail polisinin haqqında açdığı sui-istifadə ilə bağlı cinayət işinə "İsveçrə pendiri boşluqlarla doludur" sözləri ilə münasibət bildirən Netanyahu "Heç kim, mən və ya başqası seçkiyə getməyi düşünmür. Bizlər, sizlərlə İsrail dövləti və vətəndaşlarının mənfəəti üçün mövcud hökumətin səlahiyyət müddəti bitənə qədər işləyəcəyik", deyə açıqlayıb.