Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən uzaqlaşdırıldı

14 Fevral 2018 19:16 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.