AzNews.az xəbər verir ki, akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirilib ki, elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətlə bağlı müsabiqə təşkil edilib. Müsabiqəyə ayrı-ayrı şəxslər və kollektivlər tərəfindən 22 iş təqdim edilib.
Rəyasət Heyətinin qərarına əsasən riyaziyyat elminin təbliğinə həsr olunmuş elmi və elmi-populyar əsərlərinə görə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və həmin institutun Elmi texniki informasiya şöbəsinin müdiri, professor Ramiz Aslanov mükafata layiq görülüblər.