AzNews.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, 1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib.
Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 p-metr yeni səki daşları düzülüb.
Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.