Çinli qadın quş qripinə yoluxdu

15 Fevral 2018 09:32 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Çin Xalq Respublikasının Səhiyyə və Planlaşdırma üzrə Dövlət Komitəsi xəbər verir. Xəstəliyə yoluxan qadın 68 yaşındadır. O, keçən ilin dekabrında quşlarla təmasda olduqdan sonra xəstələnib. Çinli qadına ağır pnevmoniya diaqnozu qoyublar.

Epidemioloqlar xəstə ilə təmasda olan 28 nəfərin hər birini yoxlayıblar, ancaq onlarda infeksiya aşkar edilməyib.