AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev iclasda iştirak edir.
Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.
Əvvəlcə birgə foto çəkdirilib.
Dövlət başçısı İlham Əliyev iclasda nitq söyləyib.
***
Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç çıxış edib.
İclas işini plenar sessiyalarla və “dəyirmi masa” ilə davam etdirəcək.
