AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Afrin əməliyyatı ilə bağlı danışan Binəli Yıldırım "NATO üzvü olan Türkiyə həmin ittifaqın digər üzvü ABŞ-la YPG-ni dəstəklədiyi üçün mübarizə aparır. Prezident Ərdoğan bunun nəticəsinin pis olacağını bildirərək "Osmanlı yumruğu" ifadəsini işlətdi. Bunun mənası nədir?" sualına belə cavab verib: "Biz Amerikanı təhdid etmirik. Sadəcə bunu deyirik: Türkiyə, ABŞ, Almaniya NATO üzvüdür. Biz Amerikaya deyirik ki, NATO-nun sərhədlərini qoruyan Türkiyəyə qarşı çıxan terrorçu qruplaşmalara dəstək vermə. Bu, ortaqlığa sığmır. Bu, böyük dövlətə də yaraşmaz. Bizim YPG ilə problemimiz var. Ancaq ABŞ YPG-nin yanında bizə qarşı çıxarsa, onunla da savaşarıq".