Əkiz qardaşını yerində qoyub həbsxanadan qaçdı

15 Fevral 2018 11:17 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Aleksandr Delqado uşaq təcavüzü və soyğunçuluq ittihamı ilə 16 illik həbs cəzasını Perunun paytaxtı Limanın şimalındakı həbsxanada çəkirdi.

Yanvar ayında onu ziyarət etməyə gələn əkiz qardaşı Qiançarlonu dərmanla yatırdıb və onun paltarlarını geyinən Aleksandr çox rahat bir şəkildə həbsxanadan qaçmışdı. Aleksandrın qaçışından 13 ay sonra onu tapana mükafat vəd edilib və o, qısa müddət ərzində tapılıb. İndi onu xüsusi mühafizə olunan həbsxanaya köçürəcəklər. Qaçış planında onun qardaşı Qiançarlonun əli olduğu sübut olunmadığına görə sərbəst buraxılıb.

Aleksandr tutulduqdan sonra anası üçün darıxdığına görə qaçdığını bildirib.