Qatar küləyi qızın ağır yaralanmasına səbəb oldu

15 Fevral 2018 12:26 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb.

Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

AzNews.az