Poroşenko Ukraynanın AB və NATO-ya üzv olacağına əmindir

15 Fevral 2018 13:41 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Mən gələcəkdə Ukraynanın Avropa Birliyinə üzv olacağına və onların (Maydanda vəfat edənlərin) sayəsində NATO-ya üzv olacağına ümid edirəm", deyə Poroşenko bildirib. O, 2014-cü ildə Maydanda öldürülənlərin xatirəsinə kompleks tikilməsi üçün açıq tenderin elan edilməsi münasibətilə hamını təbrik edib.

Ukrayna prezidenti Maydanda öldürülənlərin sayəsində Ukraynanın "Rus İmperiyası"nı tərk etdiyini və Avropaya qayıtdığını qeyd edib.