AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ittifaq ölkələrinin müdafiə nazirləri Brüsseldə keçirilən görüşdə bu təklifi qəbul edib.
Müdafiə nazirləri Avropada hərbi qüvvələrin köçürülməsini təmin etmək üçün komanda heyətinin yaradılmasını təsdiqləyiblər.
Lakin müşahidəçilər bunun o qədər də asan olmayacağını qeyd edirlər. Belə ki, Avropa Birliyində yolların, körpülərin və tunellərin hərbi məqsədlə istifadəsi nəzərdə tutulmadığından müəyyən qədər çətinlik yaşanacağı aydındır.