Millimiz gerilədi, rəqiblərimiz irəlilədi

15 Fevral 2018 15:41 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə bir pillə geriləyib.

Yanvarın 27-də Türkiyədə Moldova yığması yoldaşlıq oyununda qolsuz heç-heçə edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 275 xalla 119-cu sıradadır.

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Farer adaları 364 xalla 96-cı, Kosovo 97 xalla 177-ci, Malta isə 66 xalla 185-ci sıradadır. Farer adaları və Kosovo bir pillə irəlilədiyi halda, Malta yerində qalıb.

Reytinqdə ilk 17 komandanın mövqeyində dəyişiklik olmayıb. Siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya 1484 xalla 2-ci, Portuqaliya isə 1358 xalla 3-cü sıradadır.

AzNews.az