Binədə 5 kilo marixuana aşkarlandı

15 Fevral 2018 15:50 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunan Mail Ağayevin yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb.