“Beton zavod” adlanan ərazidə beş top mərmisi tapılıb - Foto

15 Fevral 2018 17:11 (UTC+04:00)

ANAMA-dan AzNews.az-a bildirilib ki, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə fərdi yaşayış evinin qarşısına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 5 ədəd top mərmisi (boş) aşkar olunub.

Mərmilər ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.