"Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına ümidi var" - Zaxarova

15 Fevral 2018 19:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova cümə axşamı keçirilən rəsmi brifinqdə bildirib.

"Bizdə ümid var ki, bu münaqişə həllini tapacaq. Biz bu məsələyə diqqət ayırırıq. Ən başlıcası isə, tərəflərin planlaşdırdığı bütün işlərin həyata keçirilməsində fəal iştirak edirik", - deyə Rusiya XİN sözçüsü qeyd edib.