29 yaşlı kişi dəm qazından zəhərləndi
15 Fevral 2018 20:19 (UTC+04:00)
AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərov Səfər Firudin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
Xəstə təcili yardım briqadası ilə huşsuz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra xəstənin həyatını xilas etmək mümkün olub.