Şəkiyə qonaq gedən uşağı it dişlədi

15 Fevral 2018 21:38 (UTC+04:00)

AzNews.az APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Çayqaraqoyunlu kəndində baş verib.


Bərdə rayonundan Çayqaraqoyunlu kəndində yaşayan yaxınlarına qonaq gələn 2007-ci il təvəllüdlü Rəvan Vüqar oğlu İbrahimov küçədə sahibsiz itin hucumuna məruz qalıb. İt 11 yaşlı Rəvan İbrahimovun sol sarğı nahiyəsindən dişləyib.

Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edən R. İbrahimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdaq sonra o, ambulator müalicə almaq şərti ilə evə buraxılıb.