“Beton zavod”unda top mərmiləri tapılıb

15 Fevral 2018 22:04 (UTC+04:00)

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri ərazidə fərdi yaşayış evinin qarşısına baxış keçiriblər. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində beş top mərmisi aşkar olunub. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Agentlik tərəfindən yanvarın 1-dən fevralın 15-dək, ümumilikdə, 584 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 22 min 415 kvadratmetr ərazi yoxlanılıb.