30 yaşlı məhkum özünü asdı

16 Fevral 2018 10:36 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.

AzNews.az