Azərbaycanda uzunömürlülərin sayı artıb

16 Fevral 2018 10:41 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Akademiya ilə Səhiyyə Nazirliyinin birgə elmi sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, uzunömürlülüyün öyrənilməsi ilə bağlı AMEA və Səhiyyə Nazirliyinin birgə laboratoriyası yaradıla bilər.

Elmlərin vəhdətinin qaçılmaz olduğunu vurğulayan A. Əlizadə qeyd edib ki, akademiyanın cihazları, elmi avadanlıqları xeyli yenilənib.

AzNews.az