AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Çavuşoğlu və Tillersonun verdikləri açıqlamada Türkiyə ilə ABŞ-ın müttəfiq və strateji ortaq olduğu qeyd edilib. Açıqlamada həmçinin terrora qarşı birgə mübarizənin vacibliyi də vurğulanıb.
Tərəflər Suriya məsələsinə də toxunublar. Qeyd olunub ki, Suriya böhranının həlli yalnız siyasi çərçivədə mümkündür.