Bunu APA-ya açıqlamasında Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.
İ. Kərimov Səbail İH-nə vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması tapşırıldığını bildirib: “Eyni zamanda 10 fevral 2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb”.
AzNews.az