66 yaşlı qadını avtomobil vurdu

16 Fevral 2018 16:23 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Belə ki, yolu keçmək istəyən Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Hamayıl Məmmədəli qızı Cəfərovanı "VAZ-2107" markalı avtomobil vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az