AzNews.az xəbər verir ki, sərəncama əsasən Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 590 000 (iki milyon beş yüz doxsan min) manatı Təhsil Nazirliyinə ayrılıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
|
Sıra №-si |
Təhsil müəssisələrinin adları |
Ayrılan vəsait |
|
1 |
Ağdam şəhər 85 nömrəli 96 şagird yerlik modul tipli köçkün tam orta məktəbin quraşdırılması |
425 000 |
|
2 |
Tərtər rayonu Kovdadıq kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
230 000 |
|
3 |
Tərtər rayonu Zolgəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
315 000 |
|
4 |
Füzuli şəhər 24 nömrəli 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
330 000 |
|
5 |
Füzuli şəhər 20 nömrəli 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
390 000 |
|
6 |
Laçın rayonu Ağbulaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
330 000 |
|
7 |
Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
285 000 |
|
8 |
Laçın rayonu Katos kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
285 000 |
|
Cəmi |
2 590 000 |