Qubada ev yandı

16 Fevral 2018 20:12 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Mülküm Cəbrayılova məxsus yaşayış evi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və geniş əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.