Zibil toplama məntəqəsində yanğın zamanı 9 nəfər ölüb

17 Fevral 2018 09:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə fevralın 17-də Sinyuan şəhərində qeydə alınıb.

Yanğın zamanı daha bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları yanğının səbəblərini araşdırırlar. Polis artıq ilk şübhəlilərin tutulduğunu bildirib(report).