Pxençxandakı media kəndində koreyalı jurnalist ölü tapılıb

17 Fevral 2018 10:01 (UTC+04:00)

“Report” xəbər verir ki, bu barədə Oyunların Təşkilat Komitəsinin nümayəndəsi Son Pek Yu məlumat yayıb.

"Bu, Yaponiyadan olan həmkarlarına köməklik göstərən koreyalı idi. Media kəndindəki otaq yoldaşı onu yuxudan oyatmaq istəyib, lakin məlum olub ki, o ölüb. Jurnalistin 55 yaşı var idi", - deyə nümayəndə bildirib.

Polis kişinin ölüm səbəblərinin araşdırılması məqsədi ilə araşdırmalara başlayıb.

Ölənin tənışlarının sözlərinə görə, ölümündən bir müddət əvvəl o, ürəy ağrılarından şikayətlənib.

AzNews.az