Qoyun sürüsü üstündə düşən davada 36 nəfər öldü

17 Fevral 2018 10:24 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, fevralın 13-də yerli ovçular onların qoyunlarını oğurladıqlarından şübhələndikləri çobanla rastlaşıblar. Çoban onları görəndə sürüdən ayrılıb və oradan qaçıb.

Daha sonra çoban kömək üçün qonşu rayondan olan quldurlara üz tutub və onları ovçulara hücum etməyə razı salıb. İki dəstə arasında atışma polis gələnədək davam edib. Hadisə yerindən 18 cəsəd tapılıb, lakin polislər əmindirlər ki, digər 18 cəsədi quldurlar daşıyıblar.

Cinayətkarların axtarışı davam edir.