Parkdan oğurluq edən şəxslər saxlanılıb

17 Fevral 2018 12:08 (UTC+04:00)

AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 16-na keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki parkların birindən oturacaqların metal hissələri sökülərək oğurlanıb.

Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Valeh Allahverdiyev və İsmayıl Bədəlli tutulub.