Ərzaq mağazası yandı

17 Fevral 2018 14:32 (UTC+04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 13.00 radələrində rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini 1974-cü il təvəllüdlü Təmraz Əmrullah oğlu İsmayılova məxsus, ümumi sahəsi 100 kv.m olan ərzaq mağazasında yanğın baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az