Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

17 Fevral 2018 19:33 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, ilkin araşdırmalara əsasən, azyaşlı ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.

Bildirilir ki, KİV-də uşağın uzun müddət şaxtalı havada nəzarətsiz qalması ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.

Ekspertiza göstərib ki, Zəhra Rzayeva donma nəticəsində vəfat etməyib, həmçinin onun bədənində xəsarət izləri aşkarlanmayıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, gəzinti zamanı azyaşlının ürəyi dayanıb. Təcili tibbi yardım çağırsalar da, tibb işçiləri uşağın həyatını xilas edə bilməyib.

AzNews.az