Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

17 Fevral 2018 23:49 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, qərar bu gün MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Qərarda bildirilir: "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

Fəxrəddin Hümbət oğlu Namazov 30 saylı Suraxanı birinci, İlham Xudaş oğlu Abdulov 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.”