“Keşlə” səfərdə “Kəpəz”i məğlub edib

18 Fevral 2018 20:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi matçda qonaqlar minimal hesablı qələbə qazanıblar. Görüşdə yeganə qolu matçın 51-ci dəqiqəsində Fuad Bayramov ev sahiblərinin qapısından keçirib.

Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran “Keşlə” klubu yeddinci pillədədir. “Kəpəz” isə 7 xalla sonuncu sırada qərarlaşıb.