AŞPA-nın qərarı martın 15-də məlum olacaq

19 Fevral 2018 14:59 (UTC+04:00)

APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, AŞPABürosunun martın 15-də keçiriləcək iclasında Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunacaq, seçki ilə bağlı xüsusi komitənin (müşahidə missiyası) sədri və üzvləri seçiləcək.

Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

AzNews.az