Nailə Mirmmədlidən yeni mahnılar gəlir
7 Mart 2013 12:43 (UTC+04:00)
Bəstəkar Nailə Mirmmədli bu günlərdə bir neçə yeni mahnı təqdim edəcək. Bunu AzNews.az-a bəstəkarın özü bildirib.
N.Mirməmmədlinin sözlərinə görə, bu dəfə onun mahnıları xalq artisti Faiq Ağayev, Nazpəri Dostəliyeva, Ağadadaş Ağayevin ifasında səslənəcək:
"Bu dəfə Faiq Ağayev, Nazpəri Dostəliyeva, Ağadadaş Ağayev, Bəyimxanım və başqaları ilə iş birliyi qurmuşam. Bundan başqa, konsert layihəm də var. İstəyirəm ki, bu konsert təkrarolunmaz ideyaya söykənsin".
Bahar Rüstəmli
AzNews.az