Türkiyədə Azərbaycan rekordu yeniləndi

19 Fevral 2018 22:38 (UTC+04:00)

AzNews.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak ediblər.

Təmsilçilərimizdən Zəkiyyə Həsənova 60 m məsafəyə qaçışda bürünc medal qazanıb. O, finiş xəttini 7,45 saniyəyə keçib.

Həsənova bu göstərici ilə yanvarda müəyyənləşdirdiyi Azərbaycan rekordunu yeniləyib. İdmançı həmin vaxt 7,48 saniyəyə 60 m məsafəni qət etmişdi.