Qar uçqununa görə bağlanan yol açılıb

20 Fevral 2018 10:36 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, ötən gün axşam saat 18:00-dan etibarən həmin istiqamətdəki kəndlərlə nəqliyyat əlaqəsi bərpa olunub.

Qar uçqunu Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində, dörd yerdə qeydə alınmışdı. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 4-5 metrə çatırdı.

Qeyd edək ki, fevralın 18-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb.