Borcların silinməsi pensiyalara təsir edəcək?

20 Fevral 2018 12:41 (UTC+04:00)

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, bu borclar sahibkarlıq fəaliyyətinə əngəl törədir.

Onun sözlərinə görə, 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb.

İ.İsayev qeyd edib ki, məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar da var.

Nazir müavini əlavə edib ki, bu borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 mln. manatdan çoxdur.

“Bunun da 282,6 milyon manatı əsas borclar, 81,8 milyon manatı isə sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar və cərimələrdir”.

İ.İsayev deyib ki, bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək.